LOR təcrübəsi olan rinoplastika cərrahı axtarırdım. Burnumdakı funksional probleml də həll olundu - polip vardı, bilmirdim. İndi 6 ay olur, həm görünüş, həm nəfəs alma əla.

Dr. Vüsal Eyvazov
LOR-estetik cərrah · Rinoplastika
İcra etdiyi əməliyyatlar
Əməliyyat nəticələri
Bu həkim üçün before/after nəticə tezliklə əlavə olunacaq.
Pasiyent rəyləri
Doğrulanmış pasiyentlərdən real rəylər
Konsultasiyada həkim 'sənin burnun çox da pis deyil, 1 mm dəyişiklik bəs edər' dedi. Daha çox müdaxiləyə razı oldum amma o etmədi. Bu cür dürüst yanaşma az tapılır.
İlk 2 həftə şişlikdən qorxdum. Sonra hər kontrolda həkim öz vaxtını ayırırdı, suallarımı sakitcə cavablayırdı. 8 aydır artıq, nəticə tam istədiyim kimi.
Dr. Vüsal Eyvazov haqqında
Dr. Vüsal Eyvazov LOR və estetik burun cərrahiyyəsi sahəsində fəaliyyət göstərən həkimlərdəndir. Onun əsas istiqamətlərinə rinoplastika, burun çəpəri əyriliyinin aradan qaldırılması, burun tənəffüsü ilə bağlı problemlərin müalicəsi və LOR sahəsinə aid cərrahi müdaxilələr daxildir. Həkim burun estetikası zamanı yalnız xarici görünüşü deyil, eyni zamanda pasiyentin nəfəsalma funksiyasını da nəzərə alaraq fərdi əməliyyat planı hazırlayır. Məqsəd üz cizgilərinə uyğun, təbii görünüşlü və funksional nəticə əldə etməkdir. Dr. Vüsal Eyvazovun yanaşmasında pasiyentin anatomik quruluşu, estetik gözləntiləri və tibbi göstəriciləri birlikdə qiymətləndirilir, bu da əməliyyat prosesinin daha düzgün planlanmasına və pasiyent üçün daha güvənli nəticə əldə edilməsinə şərait yaradır.
