Düzgün estetik qərar üçün etibarlı ünvan — Bakı - Azərbaycan

DrPlasty.az və DrPlasty.com rəsmən açıldı.

Sualınızı bizə yazın

Sorğu göndərməklə Məxfilik siyasətimiz ilə razılaşırsız.

Sual-cavab

Bütün suallar
Dr Plasty nədir?

Dr Plasty Azərbaycanda estetik və plastik cərrahiyyə, stomatologiya və saç transplantasiyası üzrə həkim profillərini bir araya gətirən onlayn məlumat platformasıdır. Platforma özü klinika deyil — profilləri müqayisə edib həkimlə ilkin əlaqə qurmağa kömək edir.

Dr Plasty özü klinikadırmı?

Xeyr. Dr Plasty virtual bir aqreqator platformasıdır, öz klinikası yoxdur. Platforma partnyor həkimlərin profilini göstərir və ilkin əlaqəni asanlaşdırır, əməliyyatın özü seçdiyiniz həkimin klinikasında aparılır.

Dr Plasty vasitəsilə müraciət etmək pulludurmu?

Xeyr, platforma üzərindən müraciət və ilkin konsultasiya sorğusu pulsuzdur. Ödəniş yalnız siz həkimlə razılaşıb əməliyyata qərar verdikdən sonra, birbaşa klinika ilə aparılır.

Necə müraciət edə bilərəm?

Sayta baxdığınız həkim və ya əməliyyat səhifəsindəki formu doldurmaq, yaxud birbaşa WhatsApp üzərindən yazmaq kifayətdir. Komanda qısa müddətdə sizinlə əlaqə saxlayıb konsultasiya təyin edir.

Xaricdən müraciət edə bilərəmmi?

Bəli, Dr Plasty həm Azərbaycanda yaşayanlar, həm də xaricdən gəlmək istəyən pasiyentlər üçün nəzərdə tutulub. Konsultasiya zamanı səfər planlaması ilə bağlı suallarınızı da müzakirə edə bilərsiniz.

WhatsApp ilə yaz
Zəng et
Konsultasiya